...Sentyabrın 5-də “Vahid Rusiya” partiyasının seçki siyahısının ilk beş lideri ilə görüşdə Vladimir Putin "D" hərbi hazırlıq kateqoriyasına malik könüllülərin regional pilotsuz təyyarələrə qarşı bölmələrdə xidmət etməsinə icazə verilməsi təşəbbüsünü dəstəkləyib.
SİA xəbər verir ki, Rosbalt-ın məlumatına görə, bu təklifi hərbi müxbir Yevgeni Poddubnı irəli sürüb.
Poddubnının sözlərinə görə, bu xahişi ağır yaralanan və sonradan hərbi xidmətə yararsız elan edilən "Hava Hücumundan Müdafiə Qüvvələri"nin veteranları irəli sürüb. Putin təşəbbüsü dəstəkləyib və Müdafiə Nazirliyinə, eləcə də Baş Qərargaha təlimat verəcəyini bildirib.
...“Kommersant”ın qeyd etdiyi kimi, "D" kateqoriyasına malik vətəndaş hazırda hərbi xidmətə yararsızdır və hətta könüllü kimi belə orduya yazıla bilməz. Bu kateqoriya bir böyrəyi, ildə ən azı beş dəfə epileptik tutmaları, açıq vərəmi, əqli geriliyi, HİV, metastazlı xərçəngi, şizofreniya və digər xəstəlikləri olan şəxsə aid edilə bilər.
Əli Babayev