Bu xanım "Miss Dünya – 2026" qalibi seçildi

6 Sentyabr 2026 05:04 (UTC+04:00)

Dominikan Respublikasının nümayəndəsi Coheyerri Mola Dominqes Vyetnamın kurort şəhəri Nyaçanqda keçirilən "Miss World – 2026" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

İkinci və üçüncü yerləri müvafiq olaraq İspaniya və Malayziyanın nümayəndələri tutublar.

Xatırladaq ki, 73-cü "Miss World" müsabiqəsi çərçivəsində xüsusi tədbirlər avqustun 29-dan etibarən keçirilib. Milli gözəllik müsabiqələrində qalib gələn 111 iştirakçı tədbirlərdə iştirak etmək üçün Nyaçanqa gəlib.

Mətləb