Futbol üzrə Azərbaycan Misli Premyer Liqasında 4-cü tur davam edir. Bu tur çərçivəsində “Neftçi” doğma divarlar arasında “Şəfa”nı sınağa çəkib. Görüş "ağ-qaralar"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. 3 turdan sonra “ağ-qaralar” 9 xalla liderlər sırasına qoşulub, “Şəfa” isə 3 xalla doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.