Konqoda toyda yanğın olub - 22 ölü var

6 Sentyabr 2026 02:04 (UTC+04:00)

Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasa şəhərində toy mərasimi zamanı baş verən yanğın nəticəsində 22 nəfər həlak olub.

Xarici KİV-lərin yaydığı məlumata görə, alov şadlıq sarayının zalında çox sayda insanın toplaşdığı vaxt ətrafı bürüyüb. Yerli hakimiyyət nümayəndəsi Norbert Muşiqi bildirib ki, həlak olanların dəqiq sayı hələ müəyyənləşdirilməlidir. Həmçinin çox sayda insanın xəsarət aldığı da bildirilir.

Mətləb