Türkiyəli məşhur aktyor evində ölü tapıldı

6 Sentyabr 2026 00:23 (UTC+04:00)

Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb. Türkiyə mediasının yazdığına görə, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib.

Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxil olub.

Özlem E. aktyoru qonaq otağındakı kresloda hərəkətsiz vəziyyətdə tapıb. Onun nəfəs almadığını və bədəninin soyuq olduğunu görən qadın təcili yardım çağırıb. Hadisə yerinə polis və tibbi yardım qrupları göndərilib. Həkimlər aktyorun öldüyünü müəyyən ediblər.

Sevgilisinin sözlərinə görə, 51 yaşlı Serhat Kılıç limfa xərçəngindən əziyyət çəkirdi. Polis aktyorun ölümü ilə bağlı araşdırmaya başlayıb. Ölüm səbəbinin ekspertiza nəticəsində müəyyənləşdiriləcəyi bildirilir.

Mətləb