ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib

5 Sentyabr 2026 20:13 (UTC+04:00)

ABŞ ordusu İrana məxsus üç neft tankerinə hücum edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” hesabında məlumat verilib.

“Bu mesajımız SEPAH üçün aydın olsun-əgər bizim iki gəmimizə hücum etsəniz, biz sizi daha ağır qiymət ödəməyə məcbur edəcəyik və sizin üç gəminizi vuracağıq”, CENTCOM rəhbəri admiral Bred Kuper bildirib.

Həmçinin İranın müdafiəsiz neft tankerlərinin məhv ediləcəyi də vurğulanıb.