Türkiyənin Bursa bölgəsində meşədə yanğın olub.
SİA bu barədə Türkiyə saytlarına istinad edir. Yanğın Bursanın Perçin ve Balıoğlu məhəllələri arasında yerləşən meşəlik ərazidə baş verib.
Əraziyə 4 helikopter, 8 yanğınsöndürən maşın, 76 nəfərlik heyət və digər texnikalar cəlb olunub. Yanğın nəzərətə götürülüb.
Yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.