Yunanıstanda qırıcı təyyarə qəzaya uğrayıb

5 Sentyabr 2026 17:23 (UTC+04:00)

Yunanıstanda həri təyyarə qəzaya uğrayıb.

SİA-nın əldə etdiyi məlumata görə, qəza Afina yaxınlığında baş verib.

Yunanıstana məxsus iki nəfərlik F-4 Phantom qırıcı təyyarəsi Tanagra hava limanında keçirilən hava şousu zamanı qəzaya uğrayıb.

Yunanıstan Hərbi Hava Qüvvələrinin rəsmisi bildirib ki, hazırda qəza ilə bağlı axtarış və xilasetmə əməliyyatı həyata keçirilir.