Azərbaycan səfiri Türkiyə xarici işlər nazirinin müavini ilə strateji müttəfiqliyi müzakirə edib

5 Sentyabr 2026 12:44 (UTC+04:00)

Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov Türkiyə xarici işlər nazirinin müavini Ayşə Berris Ekinci ilə görüşüb.

SİA xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfiqlik münasibətləri müzakirə edilib.