Polşanın cənubunda dronlara qarşı vasitələrlə təchiz ediləcək əlavə zenit alayı yaradılacaq. SİA-nın məlumatına görə, bu barədə respublikanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış "X" sosial şəbəkəsində yazıb.
O bildirib ki, söhbət Bjeskoda yerləşdiriləcək 87-ci zenit alayının formalaşdırılmasından gedir. Alay təxminən 1 000 hərbçidən ibarət olacaq və raket əleyhinə, hava hücumundan müdafiə və dronlara qarşı müdafiə texnikası ilə təchiz ediləcək.
"Bu gün səhər mən 87-ci zenit alayının formalaşdırılması barədə qərarı imzaladım; 87-ci zenit alayı Bjeskoda yerləşəcək", - nazir qeyd edib.
Mətləb