Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və Cared Kuşnerin öncə Moskvaya, bazar günü isə Kiyevə səfər edəcəyini təsdiqləyib. SİA xəbər verir ki, Zelenski bu barədə teleqram kanalında yazıb.
"Biz bu səfərə hazırlaşırıq. Geniş diplomatik komandamızla - məhz ABŞ tərəfi ilə işləyənlərlə müşavirə keçirildi. ABŞ nümayəndələrinin əvvəlki diplomatik səfərləri zamanı olduğu kimi, danışıqçıların təhlükəsiz gəlməsi üçün Rusiya hava məkanının normal fəaliyyətini təmin edəcəyik", - o qeyd edib.
Mətləb