Münhendə Ukrayna üçün 5000 dron hazırlanır- MƏLUMAT

4 Sentyabr 2026 01:03 (UTC+04:00)

Ukrayna ilə bağlı yeni məlumat yayılıb. Məlum olub ki, Almaniya Ukraynaya hərbi dəstək məqsədilə Münhen yaxınlığında 5000-dən çox uzaqmənzilli pilotsuz uçuş aparatının (PUA) seriyalı istehsalına başlayıb.

DPA agentliyinin məlumatına görə, “Auterion” və “Airlogix” şirkətlərinin birgə layihəsi çərçivəsində ilk kamikadze döyüş dronları artıq istehsal olunub.

Almaniya hökumətinin sifarişinin 2027-ci ilin ortalarında tamamlanması planlaşdırılır.

Mətləb