Avropa Parlamenti Qadın Hüquqları və Gender Bərabərliyi Komitəsinin 2027-ci il Avropa İttifaqı (Aİ) büdcəsinə dair verdiyi rəydə yunan Kipri tərəfindən Türk Silahlı Qüvvələrinə böhtan atmaq məqsədilə inşa ediləcək qondarma bir abidəyə vəsait ayrılmasının da tövsiyə edildiyi məlum olub. SİA-nın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Türk Silahlı Qüvvələri 1974-cü il Kipr Sülh Əməliyyatı ilə Kiprin türk sakinlərinin məhv edilməsinin qarşısını alıb və adaya yarım əsrdən artıqdır davam edən sülhü gətirib", - XİN-in bəyanatında qeyd olunub. Bildirilib ki, yunan tərəfindən irəli sürülən iddialar tarixi həqiqətləri təhrif edir və siyasiləşdirir: "Aİ qurumlarının Kipr məsələsinin həllinə töhfə vermək əvəzinə, qərəzsizlik və ədalət prinsiplərindən uzaqlaşaraq yunan tərəfinin təbliğatına alət olması icmalararası etimadı daha da zədələyir.
Aİ rəsmilərinə atdıqları hər addımla Türkiyəni Aİ-dən uzaqlaşdırmağı hədəfləyən dairələrin vasitəsinə çevrilməmələri ilə bağlı çağırış edirik".
Mətləb