Rusiya və Norveç arasında GƏRGİNLİK - səfir XİN-ə çağırıldı

3 Sentyabr 2026 22:18 (UTC+04:00)

Norveçin səfiri Heydi Olufsen "Professor Molçanov" gəmisinin saxlanılmasına görə Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. SİA-nın məlumatına görə, bu barədə qurumun saytında dərc olunmuş bəyanatda deyilir. Qeyd olunur ki, Rusiya "Professor Molçanov" gəmisinin saxlanılması ilə əlaqədar Norveçə qəti etirazını bildirib: "Moskva bu cür hərəkətləri qətiyyən qəbul etmir və həbsin ləğv edilməsinə çalışacaq".

Rusiya XİN-in iddiasına görə, gəmi Şimali Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi İdarəsinə məxsusdur. Gəmi xüsusilə "Arktikuqol" trestinin əməkdaşlarını və alimlərin Murmanskdan Rusiyanın Barentsburq qəsəbəsinə çatdırılması üçün planlı reys həyata keçirirdi.

Mətləb