Yetkinlik yaşına çatmayanların əməllərinə görə kim cavabdehdir? - HÜQUQŞÜNAS AÇIQLADI

3 Sentyabr 2026 16:46 (UTC+04:00)

Azərbaycanda məktəblərdə zaman-zaman şagirdlər arasında zorakılıq, aqressiv davranış və digər xoşagəlməz hallar müşahidə edilir. Bu isə valideyn nəzarətinin əhəmiyyəti mövzusunu yenidən gündəmə gətirir.

Məsələ ilə bağlı hüquqşünas Mircavid Miriyev SİA-ya açıqlamasında bildirib ki, uşaqların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq var:

“Bəzi valideynlər övladlarını məktəbə göndərərkən belə tərəddüd edirlər. İnternetdə yayılan zorakı məzmunlar və ailədaxili problemlər uşaqların davranışına mənfi təsir göstərən əsas amillər sırasındadır. Qanunvericiliyə görə yetkinlik yaşına çatmayan şəxslər cinayət törətdikdə onlara cəza və ya tərbiyəvi xarakterli tədbirlər tətbiq oluna bilər. Valideynlər isə əsasən övladlarının vurduğu maddi ziyana görə məsuliyyət daşıyırlar. Yalnız valideynin uşağı cinayətə cəlb etməsi sübuta yetirilərsə, bu halda onların cinayət məsuliyyəti yaranır".