İran BƏƏ və Küveytə hava zərbələri endirdi

3 Sentyabr 2026 16:14 (UTC+04:00)

İran Silahlı Qüvvələri Küveytdəki Əhməd əl-Cabir və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əl-Minhad bazalarına raket və dronlarla zərbə endirib.

SİA xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada bölgədəki ABŞ hərbi bazalarına hücumların davam edəcəyi və Amerikanın istənilən hücumuna sərt və dağıdıcı cavab veriləcəyi bildirilib.

Ayşən Vəli