"Şamaxinka"dan Biləcəriyə gedən bu yol bağlanacaq - XƏBƏRDARLIQ

3 Sentyabr 2026 02:02 (UTC+04:00)

Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq. Bu barədə SİA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd ounub ki, təmir işlərinə 4 sentyabr saat 20:00-dan etibarən start veriləcəyi bildirilib.

"Məhdudiyyət proses başa çatanadək qüvvədə olacaq. Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur", - deyə məlumatda qeyd olunub.