"Möhtəşəm Yüzyıl" serialında "Hürrəm Sultan" obrazı ilə məşhurlaşan türkiyəli aktrisa Məryəm Üzərli sosial media paylaşımı ilə izləyicilərinin diqqətini çəkib.
SİA Türkiyə mediasına istinadən xəbər verir ki, tanınmış aktrisa bu dəfə makiyajsız fotosunu şəxsi hesabında yayımlayıb. Onun təbii görünüşü izləyicilərin marağına səbəb olub.
Qeyd edək ki, Məryəm Üzərli sonuncu dəfə həmkarı Halit Ergençlə birlikdə "İmrozda bahar" filmində rol alıb.
Mətləb