"Neftçi" Kenan Piriçlə yollarını ayırıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bunu Bakı təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, ötən ilin yayında transfer olunmuş bosniya və herseqovinalı qapıçı komandanın heyətində 29 rəsmi oyun keçirib.