"Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə Azərbaycan arasında ikitərəfli iqtisadi-ticari əlaqələr mövcuddur və bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatının da müşahidəçi olmağımız hər bir üzv ölkələrlə Azərbaycan münasibətlərinin göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.
.jpg)
Onun sözlərinə görə, bundan başqa, Azərbaycan həm də Şanxay Əməkdaşlıq Təşkilatı ilə bütövlükdə Azərbaycan əməkdaşlığı perspektivdə ölkə ərazisindən keçəcək nəqliyyat layihələrinin reallaşmasına, iqtisadi-ticari əlaqələrin genişlənməsinə şərait yaradacaq, habelə Azərbaycanı etibarlı tərəfdaş kimi Şanxay Əməkdaşlıq Təşkilatında da artırır: "Bu, həm də Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri, bu təşkilatlarda nüfuzunun göstəricisi sayıla bilər. Perspektivdə Azərbaycanın həmin üzv ölkələrlə ikitərəfli əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi üçün Şanxay Əməkdaşlıq Təşkilatının imkanlarından istinad edə bilər".