Almaniyada 13 mindən çox sakin bombaya görə təxliyə olunacaq

1 Sentyabr 2026 22:02 (UTC+04:00)

Almaniyanın şimalında yerləşən Vilhelmshafen şəhərində İkinci Dünya müharibəsi dövrünə aid ABŞ bombası tapıldığı üçün 13 mindən çox sakin məcburi şəkildə təxliyə olunacaq. SİA xəbər verir ki, bu barədə "Yahoo" məlumat yayıb.

Yerli polisin məlumatına əsasən, partlamamış hərbi sursatın çəkisi 250 kiloqramdır. Bombanın təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə bir kilometr radiusda heç kimin olmaması tələb edilir.

Mətləb