Prezidentin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib

1 Sentyabr 2026 19:45 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə dövlətimizin başçısının “X” sosial şəbəkə hesabında bildirilib.

“Bişkekdə keçirilən ŞƏT Zirvə Görüşü çərçivəsində Baş nazir Narendra Modi ilə ikitərəfli gündəliyimizlə bağlı fikir mübadiləsi apardıq”, - deyə Azərbaycan Prezidenti paylaşımında qeyd edib.