Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

1 Sentyabr 2026 19:17 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına işgüzar səfəri sentyabrın 1-də başa çatıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Adılbek Kasımaliyev yola saldı.