“Barselona” braziliyalı hücumçu Qabriel Jezusu “Arsenal”dan transfer edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, tərəflər 2029-cu ilin yayına qədər müqavilə imzalayıblar. Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl mətbuatda transfer məbləğinin 10 milyon avro olacağı bildirilib. Həmçinin “Arsenal” futbolçunun yeni komandasında əldə edəcəyi uğurlara görə bonuslar qazanacaq.
Jezus 2022-ci ilin yayından “Arsenal”da çıxış edirdi. Bu müddətdə bütün turnirlərdə 123 matçda iştirak edən hücumçu 32 qol vurub və 22 məhsuldar ötürmə edib. Onun London klubu ilə son müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.