Azercell-in dəstəyi ilə 100 gənc qadın sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib

31 Avqust 2026 16:53 (UTC+04:00)

Azercell-in dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərəfdaşlığı və“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən“FutureFem 2.0 – Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Artırılması”layihəsi başa çatıb.

Layihədə 24 ali təhsil müəssisəsindən 92 tələbə və 8 məzun olmaqla, ümumilikdə 100 gənc qadın iştirak edib. Onlar 6 ay ərzində sahibkarlıq, maliyyə savadlılığı, rəqəmsal marketinq, layihələrin idarə olunması, liderlik və kommunikasiya üzrə təlimlərə qatılıblar. İştirakçılar həmçinin müxtəlif sahələri təmsil edən mentorların dəstəyi öz biznesideyalarını da hazırlayıblar.
Avqust ayının 28-i layihənin yekun görüşündə seçilmiş 10 komanda ideyalarını hakatonun münsiflər heyətinə təqdim edib. ”NovaHer” komandası birinci yerə layiq görülərək 3 000 AZN pul mükafatı qazanıb. İkinci və üçüncü yerləri tutan komandalar isə ideyalarını daha da inkişaf etdirmək üçün yerli startap nümayəndələri ilə görüşmək imkanı qazanıblar.

“FutureFem 2.0” Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək 2025” proqramı üzrə keçirilən sosial layihə müsabiqəsinin qalib təşəbbüslərindən biridir. Proqram qadınların yeni bilik və bacarıqlar əldə etməsinə, iqtisadi imkanlarının genişləndirilməsinə və cəmiyyətin sosial-iqtisadi həyatında daha fəal iştirakına töhfə verir.