Nepalda yaşanan fəlakət Tanrının bəlası hesab olunur - TƏHLİL

1 Sentyabr 2026 11:20 (UTC+04:00)

Dünya yaranandan bu günə qədər zəlzələlər, daşqınlar, sellər və torpaq sürüşmələri baş verib. Bu zaman insanlar kütləvi şəkildə həyatlarını itirib, şərəhlər, kənd və qəsəbələr tamamilə dağılıb. İddialara və yanaşmalara görə, bəzi təbii fəlakətlərin baş verməsi insanların yolunu azması, yanlış mövqe tutması səbəbindən Allah yerə böyük bəlalar göndərir. Avqustun 26-dan Nepalda başlayıb, Çinin sərhədinə qədər uzanan güclü sel və torpaq sürüşmələri, məhz Tanrının insanlara göndərdiyi bəla hesab olunur. Sosial şəbəkələrdə yayılan videolara, paylaşılan statuslara görə, Nepal əhalisinin böyük hissəsi yolunu azmış, dini qaydalara, tələblərə zidd olan mövqe sərgiləmiş, hətta həyasızlığa vararaq islam dəyərlərini təhqir etmiş, dini kitabları yandırmışlar. Məlumatlara görə, Çin-Nepal sərhədində daşqın və güclü torpaq sürüşməsi nəticəsində ölənlərin ümumi sayı 850 nəfər təşkil edib, yaralananların sayı isə 15 min nəfərdir, minlərlə insan isə itkin hesab olunur. Fəlakət Himalay dağlarında buzlağın çökməsi nəticəsində yaranan nəhəng buz, daş, palçıq və su axını ilə əlaqəli olduğu bildirilir. Güclü sel çay vadiləri boyunca yaşayış məntəqələrini, yolları, körpüləri və enerji infrastrukturlarını dağıdıb. Daşqın Nepalın enerji istehsalında mühüm paya malik hidroelektrik stansiyalarına da ciddi ziyan vurub. Nepalın maliyyə naziri Svarnim Vaqle Reuters agentliyinə açıqlamasında bildirib ki, fəlakətin aradan qaldırılması üçün 5 milyard dollar vəsait tələb olunur: "Açıqlanan məbləğ ilkin hesablamadır və hazırda daşqının vurduğu zərər və itkilərin dəqiq qiymətləndirilməsi aparılır".

Nepalın maliyyə naziri Svarnim Vaqle açıqlamasında onu da bildirib ki, hazırkı 4-5 milyard dollarlıq bərpa xərci 2015-ci il zəlzələsindən sonra tələb olunan təxminən 9 milyard dollardan aşağıdır. Bununla belə, yekun rəqəm zərərin qiymətləndirilməsi başa çatdıqdan sonra müəyyənləşəcək. Nepal Turizm Nazirliyinin məlumatına əsasən, 341 xarici səyahətçi itkin düşmüş hesab olunur, onların arasında 100-dən çox Hindistan, 3 ABŞ və 12 Böyük Britaniya vətəndaşı var. İtkin düşənlər arasında yerli sakinlərdən də var. Yerli medianın məlumatına əsasən, təxminən 65 nəfər xəstəxanalara yerləşdirilib. Yayılan məlumata əsasən, hadisədən təxminən yeddi dəqiqə əvvəl regionda 4.4 bal gücündə zəlzələ qeydə alınıb.

Yeni sürüşmə riski gözlənilir

Çin Mərkəzi Televiziyasının məlumatına görə, Çin Su Ehtiyatları Nazirliyi peyk görüntülərini təhlil etdikdən sonra Nepalın bəzi bölgələrində sürüşmə riskinin davam etdiyini müəyyən edib. Nazirliyin məlumatına əsasən, ərazidə müxtəlif ölçülü bir neçə torpaq sürüşməsi qeydə alınıb. Su axınlarının təsiri ilə bu sürüşmələrin hərəkətə keçməsi və yaşayış məntəqələri üçün təhlükə yaratması ehtimal olunur. Çin tərəfində torpaq sürüşməsi Qironq sərhəd limanına zərər vurub. Çin Dövlət İnformasiya Agentliyinin məlumatına əsasən, yollar, rabitə və elektrik xətləri zərər görüb. Xilasetmə əməliyyatlarına 600-dən çox xilasedici və xüsusi texnika cəlb olunub. Çin Prezidenti Si Dzinpin itkin düşən insanların tapılması üçün "bütün səylərin" göstərilməsinə, həmçinin fəlakətin təkrarlanmasının qarşısını almaq üçün monitorinq və erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsinə çağırıb.

Azərbaycan dövləti, xüsusilə də Xarici İşlər nazirliyi Nepal-Çin sərhəd bölgəsində baş verən, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar başsağlığı verib. Bu barədə XİN-in "X" sosial şəbəkə hesabındakı paylaşımında qeyd olunur: "Nepal-Çin sərhəd bölgəsində baş verən, insan itkisinə və genişmiqyaslı dağıntılara səbəb olan dağıdıcı daşqınlar və torpaq sürüşmələri ilə əlaqədar dərin kədər hissi keçiririk.Bu faciəvi fəlakətdə həyatını itirənlərin ailələrinə və doğmalarına səmimi qəlbdən başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq.Ümid edirik ki, davam edən axtarış-xilasetmə işləri hələ də itkin düşənlərin sağ-salamat tapılması ilə nəticələnəcək".

Hindistanın təsiri Nepalın ağır durumunu dərinləşdirir

Nepal 3 əsrə yaxın Böyük Britaniyanın müstəmləkəsi altında olub. 1923-cü il də müstəqillik qandıqdan sonra müstəqil siyasət yürütmıəyə çalışıb. Lakin 1947-ci ildə Hindistanın Böyük Britaniyanın işğalından qurtulub, özünü müstəqil elan etdikdən sonra Nepalın bir növ qara günləri başlayıb. Rəsmi Dehlinin təsirləri, təzyiqləri öz nəticəsini vermiş Nepal müstəqil siyasət aparmaqdan məhrum edilmişdir. 1911-ci ildən 1950-ci ilə qədər təxminən 40 il hakimiyyətdə olan Tribhuvan Bir Bikram, demokratik hökumətə keçid cəhdi ilə 1950-ci illərin sonlarında devrildi. Lakin Tribhuvan bir neçə ay sonra hakimiyyəti bərpa etdi və 1955-ci ildə ölümünə qədər hakimiyyətdə qaldı. Tribhuvandan sonra oğlu Mahendra taxta çıxdı (1955-1972) və Mahendranın ölümündən sonra oğlu Birendra təxminən otuz il (1972-2001) hakimiyyətdə oldu. 2001-ci ildə Birendranın oğlu, Vəliəhd Şahzadə Dipendra, bu günə qədər məlum olmayan səbəblərdən valideynləri də daxil olmaqla, kral ailəsinin 11 üzvünü öldürdükdən sonra intihar etdi. Beyin ölümü elan edilməsinə baxmayaraq, o, yeni kral elan edildi və üç gün komada qaldıqdan sonra vəfat etdi. Bu hadisədən sonra Birendranın qardaşı Gyanendra taxta çıxdı və 18-ci əsrin ortalarında qurulan Nepal Krallığının davamı olan bu rejim 2008-ci ildə Nepal Kommunist Partiyasının rəhbərlik etdiyi çevrilişlə devrilənə qədər davam etdi.

1923-cü ildə ölkədə induistlərin sayı cəmi 42 faiz təşkil etdiyi halda, 1986-cı ildə artıq onların sayı 90 faizə yüksəlir. Bu isə onu deməyə əsas verir ki, hazırda 28 milyona yaxın olan Nepal əhalisinin əsas çoxluğu industlara aiddir. 5 faizi buddist (maxayana və lamaizm formasında), 3 faizi islam dininə etiqad edir. Nepalda xristianların sayı çox azdır, 4 min nəfər. Bölgənin əhali və ərazicə, eləcə də siyasi, hərbi baxımından əsas güc mərkəzi molan Çin Nepala təsir edir, bəzi hallada hərbi müdaxilə ilə hakimiyyəti hədələyir. Avqustun 30 -da yayılan məlumatlara görə, Çin ordusu Nepala hərbi müdaxiləyə hazırlaşır. Bununla bağlı hökumətin siyasi qərar qəbul etdiyi də qeyd olunur. İddialara görə, Nepal ordusu Nepalın dərinliklərində ölkəsi üçün təhlükə yarada biləcək obyektlər aşkar edib. Həmin obyektlərin Hindistana və ya ABŞ-aid olduğu qeyd edilməsə də, Çİn həmin obyekti özünün suverenliyinə təhlükə hesab edir və onu zərərsizləşdirməyə hazırlaşır. Bu isə onsuz da sel və torpaq sürüşməsində böyük əziyyətlər çəkən Nepal dövləti üçün əlavə faciə deməkdir. Faciənin yaranmasının səbəbini isə dövlət və xalq öz fəaliyyətlərində və siyasətlərində axtamalıdırlar.

İ.ƏLİYEV