Energetika naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

1 Sentyabr 2026 10:18 (UTC+04:00)

Energetika naziri Pərviz Şahbazov sentyabrın 18-də Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarından və Şuşa şəhərindən olan vətəndaşları qəbul edəcək.

Energetika Nazirliyindən SİA-ya bildirilib ki, qəbul saat 11:00-dan başlayaraq Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında (ünvan: AZ4100, Laçın şəhəri, Heydər Əliyev küçəsi, giriş 96) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54(daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı (əlaqələndirici şəxs: İbrahim Şirinov, əlaqə telefonu: (050) 200-36-11, elektron poçt ünvanı: [email protected]) və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs: Səbuhi Mürsəlov, əlaqə telefonu: (050) 287-21-21, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Həmçinin Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də müraciət etmək mümkündür.