ABŞ-ın Quru Qoşunları naziri istefa verib

1 Sentyabr 2026 05:43 (UTC+04:00)

ABŞ-ın Quru Qoşunları naziri Den Driskoll rəsmən istefa verib. Bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti yazıb.

Driskollun gedişi müdafiə naziri Pit Heqsetlə münasibətlərdə uzun sürən gərginliyin nəticəsi olub.

Mənbələrin məlumatına görə, tərəflər xidmətin idarə olunmasının əsas məsələləri, eləcə də ordunun bir çox yüksəkrütbəli zabitinin vəzifədən kənarlaşdırılması ilə nəticələnən kadr dəyişiklikləri siyasəti ətrafında konsensusa gələ bilməyiblər.

Mətləb