Daha bir HƏMAS komandiri öldürülüb - İsraildən AÇIQLAMA

1 Sentyabr 2026 03:22 (UTC+04:00)

İsrail ordusu Qəzza zolağında daha bir dəqiq zərbə ilə HƏMAS hərəkatının hərbi qanadının komandiri Ömər Məhəmməd Rüşdi əs-Sərracı zərərsizləşdirib.

SİA xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat verib. Bildirilib ki, Sərrac Qəzza şəhəri ərazisindəki radikal milislərə silah təchizatından məsul olub.

Adı açıqlanmayan başqa bir HƏMAS yaraqlısının da eyni hücum zamanı öldürüldüyü açıqlanıb.

Mətləb