Gələn ay Türkiyə-Ermənistan biznes forumu keçiriləcək

1 Sentyabr 2026 02:04 (UTC+04:00)

Yayda Qarsda çox uğurlu biznes-forum keçirilib və bu forumda Ermənistan tərəfi geniş tərkibdə təmsil olunub. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib.

SİTAT: "Türkiyə tərəfinin təklifi və bizim razılığımızla növbəti biznes-forumun Ermənistanda keçirilməsini planlaşdırırıq", - o qeyd edib.

A. Mirzoyan izah edib ki, tədbir oktyabrın əvvəlində baş tutacaq.

Mətləb