Zelenski Uitkoff və Kuşnerlə müzakirə aparıb

31 Avqust 2026 23:03 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə onların Kiyevə qarşıdakı səfərinin detallarını müzakirə edib. V. Zelenski bu barədə sosial şəbəkələrdə bildirib.

"ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerlə yaxşı telefon danışığı oldu. Söhbət ətraflı və konstruktiv idi. ABŞ və Ukrayna danışıqlar heyətləri arasında dialoq daim davam edir və hazırda biz Ukrainaya səfərin tarixini müzakirə edirik. Bu səfər sülhə gedən yolda qərarların hazırlanması üçün çox faydalı olardı", - o yazıb.

Zelenski həmçinin həmsöhbətlərini döyüş meydanındakı vəziyyət barədə məlumatlandırıb, Rusiyanın cüzi uğurlarını qeyd edərək, onların böyük itkilər hesabına əldə edildiyini vurğulayıb.

Mətləb