Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib. SİA xəbər verir ki, günün ilk matçında son çempion "Sabah" "Araz-Naxçıvan"ın qonağı olub.
Qəbələ şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 1:0.
49-cu dəqiqədə Patrik Orfe Mbina fərqlənib. Rəqiblərindən bir oyun az keçirən "Sabah" 6 xalla 3-cü pillədə qərarlaşıb. Naxçıvan klubu 1 xalla 11-ci yerdədir.
Mətləb