Şuşa-Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:02 (UTC+04:00)

Şuşa-Laçın avtomobil yolunda qazıntı işləri aparılarkən iki nəfər ölüb. SİA-nın xəbərinə görə, hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun inşası ilə bağlı aparılan işlər zamanı baş verib.

Məlumata görə, yolun tikintisində çalışan “Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.” şirkətinin əməkdaşları – topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə qazıntı işləri zamanı həyatlarını itiriblər.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin səbəbləri və digər hallar prokurorluq tərəfindən araşdırılır.

Mətləb