Hövsanda suyun verilişində müvəqqəti fasilə yaranacaq

31 Avqust 2026 17:28 (UTC+04:00)

Hövsan kəndini içməli su ilə qidalandıran xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində sabah gümorta saatlarınadək suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi xəbər verir.

"Müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyirik," - qurumun məlumatında qeyd olunub.