“Azərbaycan Müdafiə Nazirinin Türkiyəyə səfəri, təbii ki, Türkiyənin Zəfər Günü ilə bağlı bir səfərdir. Təbii ki, bu səfərlər qarşılıqlı olur, çünki Azərbaycan ilə Türkiyə artıq hərbi müttəfiqdir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, Azərbaycan Müdafiə Nazirinin oradakı hərbi dəniz və hərbi təyyarəçilik məktəblərinin buraxılışında iştirak etməsində Azərbaycan kursantları da orada iştirak edir və onun orada bu tədbirdə iştirak etməsi də təbiidir:
“Amma qarşılıqlı olaraq səfərlər, münasibətlər hərtərəfli inkişaf edir. Yeni təhlükəsizlik çağırışları var Cənubi Qafqazda. Azərbaycan ilə Türkiyə bu müstəvidə yeni razılaşmalar əldə edirlər. Yəni, göründüyü kimi, tərəflər arasında bir çox istiqamətlərdə, xüsusilə hərbi sahədə əməkdaşlıq yeni situasiyaya uyğun formalaşdırılır.
Yəni, burada səfərin məqsədi bununla əlaqədardır. Hesab edirəm ki, iki qardaş və hərbi müttəfiq olan dövlətlərin müdafiə nazirlərinin bu səfəri təbiidir. Həmçinin Ermənistan-Azərbaycan, Türkiyə-Ermənistan münasibətləri ilə bağlı məsələlər də müzakirə olunacaq”.