...Ukraynalı müğənni Nastya Kamenskix siyasi səbəblərə görə sosial mediada rus dilinə keçib.
SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə "Alena, lənət!" Telegram kanalında yayımlanan video mesajında bildirib.
Sənətçi bildirib ki, artıq Ukraynadakı mövcud hadisələri dəstəkləmir və bu şəkildə vətənpərvərlik nümayiş etdirmək istəmir.
Müğənni uşaqlıqdan bəri rus dilində danışdığını və hər kəsin öz dilini seçmək hüququna malik olduğuna inandığını qeyd edib.
Kamenskix yekun olaraq bildirib ki, "Hər kəsin istədiyi dildə danışmaq hüququ var, çünki hər kəsi dilə görə bir yerə toplamaq dəri rənginə görə ayrı-seçkilik etməklə eynidir".
Bir müddət əvvəl Ukraynada səhnə adı Potap olan reper Aleksey Potapenkonun “Əməkdar artist” titulundan məhrum edilməsi təklif edilmişdi.
Nazlı Almuradova