İran Bəsrə körfəzində neft daşıyan gəmini saxlayıb

31 Avqust 2026 14:10 (UTC+04:00)

İran Silahlı Qüvvələri Bəsrə körfəzində neft məhsulları axıdan yük gəmisini saxlayıb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Hörmüzqan əyalətinin Limanlar və Gəmiçilik İdarəsinin rəhbərinin müavini İsmayıl Makizadə bildirib.

İdarə rəsmisi gəmini qaydaları pozmaqda ittiham edib.