Bu ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondu (DSMF) ümumilikdə məktub, telefon zəngi və sosial şəbəkə hesabları vasitəsilə 20 994 vətəndaş müraciətini cavablandırıb.
SİA bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, onlardan 18 883-ü rəsmi məktub və telefon zəngi, 2 111-i isə sosial şəbəkə hesablarından daxil olmuş müraciətlərdir.