Tramp Venesuela neftindən danışdı - "Bu, ABŞ xalqına bir hədiyyədir"

30 Avqust 2026 22:31 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə imzalanmış neft sazişləri barədə danışıb. Ağ Ev rəhbəri bəyan edib ki Vaşinqton administrasiyası Venesuela sazişindən əldə etdiyi neftdən strateji enerji ehtiyatlarını artırmaq üçün istifadə etmək niyyətindədir.

SİTAT: "Venesuela nefti ilə etməyi planlaşdırdığım işlərdən biri də yuxulu Co Bayden (ABŞ-ın 46-cı prezidenti) dönəmində demək olar ki, tükənmiş milli strateji ehtiyatları artırmaqdır. Onların maksimum tutumla doldurulması prosesi çox tezliklə başlayacaq və bu, Venesueladan ABŞ xalqına bir hədiyyədir", - Tramp bildirib.

Mətləb