ABŞ-ın Nyu-Cersi ştatının Trenton şəhərində baş verən atışma nəticəsində azı iki nəfər ölüb, doqquz nəfər yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə,“Fox News” telekanalı bildirib
Qeyd edilib ki, avqustun 30-da yerli vaxtla saat 00:25 radələrində Trenton polis şöbəsinə şəhərin rayonlarından birində atışma baş verməsi barədə məlumat daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları güllə yaraları almış 11 nəfər aşkar ediblər. Onlardan ikisi hadisə yerində ölüb, digər doqquz nəfər isə xəstəxanaya yerləşdirilib.
Cinayətin motivi hələlik məlum deyil.