Sabirabadda 2 yaşlı uşaq hovuzda boğulub öldü...

30 Avqust 2026 04:22 (UTC+04:00)

Sabirabad rayonunda iki yaşlı uşaq hovuzda boğularaq ölüb.

SİA Report-a istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb.

Kənd sakini, 2024-cü il təvəllüdlü E. Q. valideyn nəzarətindən yayınaraq həyətdəki hovuza düşüb. Nəticədə o boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.