"Liverpul"dan 145 milyon avroluq TRANSFER

30 Avqust 2026 02:02 (UTC+04:00)

Liverpul" PSJ-nin vingeri Bredli Barkolyanın transferi ilə bağlı razılığa gəlib. Nüfuzlu "The Athletic"in xəbərində deyilir ki, "qırmızılar" Fransa millisinin 23 yaşlı futbolçusu üçün 106+17 milyon funt sterlinq (125+20 milyon avro) ödəyəcəklər.

Barkolya yaxın 24 saat ərzində tibbi müayinədən keçəcək və beşillik müqavilə imzalayacaq.

"RMC Sport" da transferin 125+20 milyon avro qarşılığında başa çatacağını təsdiqləyib. Bildirilir ki, bonusların aktivləşdirilməsi asan olacaq.

Mətləb