Qəbələ rayonunda onlayn qumar oyunlarında iştirak edən şəxs inzibati məsuliyyətə cəlb olunub.
SİA Teleqraf-a istinadla xəbər verir ki, 2000-ci il təvəllüdlü Sərvər Əsədov (ad-soyad şərtidir – red.) Qəbələ rayonu ərazisində olarkən mobil telefon vasitəsi ilə "Pin up" və "Mostbet" qumar saytlarına giriş edib, kart hesabından həmin qumar saytlarına üç dəfəyə - 11.49, 16.49, 16 manat məbləğlərində pul depoziti edib.
Bu hərəkətləri ilə pul qazancı müqabilində qumar oyununda iştirak edib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə protokol tərtib edilib. Qəbələ Rayon Məhkəməsinin qərarı ilə Əsədov 3 min manat cərimə edilib.
Mətləb