Rusiya hökuməti dizel yanacağı ixracına qoyulan qadağanı sentyabrın 30-na qədər uzadıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Qərar yerli yanacaq bazarında vəziyyətin stabil saxlanılmasına xidmət edir”, - Rusiya Nazirlər Kabinetinin məlumatında bildirilir.
Rusiyada ümumi yanacaq ixracına qadağa isə 2027-ci il yanvarın 31-ə qədər qüvvədə qalır.