Nepalda daşqın nəticəsində ölənlərin sayı 616-ya çatıb

29 Avqust 2026 09:10 (UTC+04:00)

Nepalın şimal bölgələrində baş vermiş daşqın nəticəsində ölənlərin sayı 616-ya çatıb.

SİA xəbər verir ki, bu barədə Nepal polisi məlumat yayıb. Hüquq-mühafizə orqanlarının son hesabatında 616 cəsədin tapıldığı, 2301 nəfərin yaralandığı və xilas edildiyi bildirilib.