11 yaşlı qız əməliyyatdan sonra vəfat edib

29 Avqust 2026 01:20 (UTC+04:00)

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirib.

SİA "Teleqraf"a istinadən xəbər verir ki, Sərxanlı kənd sakini, 2015-ci il təvəllüdlü S.Həsənova Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub.

Əməliyyatdan bir neçə gün sonra onun vəziyyəti qəfil pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, o, dünyasını dəyişib. Hadisə ilə bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Mətləb