Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Esmira Cəfərova bu ölkədəki türkiyəli həmkarı Gülsun Erkulla görüşüb və strateji müttəfiqlik məsələlərini müzakirə ediblər.
SİA xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Esmira Cəfərova Türkiyə Respublikasının Macarıstandakı səfiri Gülsun Erkul ilə nəzakət görüşü keçirib.
Görüş zamanı qardaşlığa və strateji müttəfiqliyə əsaslanan münasibətlər, eləcə də qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - paylaşımda bildirilib.
Mətləb