Bakı şəhəri və İmişli rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 49 400 manat məbləğində ziyan dəyib.
SİA xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və İmişli rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
"Araşdırma zamanı Bakı şəhərinin Zabrat qəsəbəsi, Fərman Salmanov küçəsində, Nizami rayonunun Elşən Süleymanov küçəsi 135 ünvanında, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Samir Cəfərov küçəsində, eləcə də İmişli rayonunun inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 49 400 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib", - deyə məlumatda qeyd edilib.
Mətləb