Avqustun 28-də elm və təhsil naziri Emin Əmrullayev Xankəndi şəhərində vətəndaş qəbulu keçirib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, qəbulda Xankəndi, Xocalı və Ağdərə sakinləri iştirak ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.