Norveç Kralı V Harald 89 yaşında Oslo xəstəxanasında vəfat edib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə kralın mətbuat xidməti məlumat yayıb.
Bəyanatda deyilir: “Dərin kədər hissi ilə bildiririk ki, Əlahəzrət Kral Harald bu gün vəfat edib”.
V Harald avqustun 17-də infeksiya və hemolitik anemiyadan qaynaqlanan ağırlaşma səbəbindən xəstəxanaya yerləşdirilmişdi. O vaxtdan bəri xəstəxanada qalırdı. Avqustun 27-də kral ailəsi onun səhhətinin pisləşdiyini və çox ciddi kimi qiymətləndirildiyini açıqlamışdı. Qlüksburq sülaləsinin üzvü olan kral 1991-ci ildən bəri hakimiyyətdə idi. Onun yerinə 53 yaşlı oğlu Hokon keçəcək.
Ayşən Vəli